Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2014

İraq ordusu Bağdadın şərqində 22 DAİŞ üzvünü zərərsizləşdirib

İraq ordusu əl-Ənbar əyalətinin əl-Fəllucə şəhəri ərazisində “İraq və Şamda İslam Dövləti” (DAİŞ) qruplaşmasının 22 silahlısını zərərsizləşdirib.

SalamNews-un "əl-Aləm" telekanalına istinadla verdiyi xəbərə görə, öldürülən DAİŞ üzvləri arasında partlayıcıların hazırlanmasında məharətli mütəxəssis kimi tanınan əbu-Xədicə əl-Hudeysi də var.

Sözügedən şəxsin Səddam Hüseyn dövründə İraq ordusundakı ekspertlərdən biri olduğu deyilir.

Bildirək ki, İraq ordusu və təhlükəsizlik qüvvələrinin qabaqlayıcı əməliyyatlarına baxmayaraq, bu gün paytaxt Bağdadda iki şiddətli partlayış qeydə alınıb. Partlayışlardan biri Sədr rayonundakı bazarda, digəri isə paytaxtın mərkəzində yerləşən mərasim evində törədilib. Burada ölənlərin sayı az olsa da, onlarla yaralının olduğu bildirilir.
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42