Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2014

Polislər al-qana boyandı

Bakıda kütləvi dava: Polislər al-qana boyandı
Bakıda kütləvi dava: Bu gecə, saat bir radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin mərkəzində yerləşən kafelərdən birində kütləvi dava baş verib

Məlumata görə, səbəbi bəlli olmayan kütləvi davanın qarşısını almaq üçün Post Patrul Xidmətinin iki qrupu hadisə yerinə gəlib. Ancaq təxminən 50 nəfərə qədər adamın kütləvi davasında daha ciddi xəsarət alan elə polis əməkdaşları olub. Gözü qızan kütlə bir neçə Post Patrul Xidməti əməkdaşını yerə yıxaraq təpikləyiblər.

Əməkdaşımızın verdiyi məlumata görə, polis əməkdaşlarına ciddi xəsarət yetirilib, onların al-qana boyandıqları da bildirilir. Hadisə yalnız əlavə polis qüvvələri insident yerinə cəlb olunduqdan və davanın baiskarı hesab olunan bir neçə gəncin qaçmasından sonra sakitləşib. Saxlanılanlar barədə hələlik məlumat yoxdur. Təfərrüatı öyrənməyə çalışırıq...
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:37
Qızardılmış qidanın