Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2014

Ukraynaya şok zərbə

Bu həftədən Rusiya Krım vilayətində Ukrayna pulunun (qrivna) işlədilməsinə son qoyur

Xəbərə görə Rusiya prezidenti Vladimir Putin mayın 27-də Krımda və Sevastopol şəhərində qrivnanın dövriyyəsi və qanunverici orqanlara seçkilərlə bağlı yeni qanun imzalayıb.
Qanuna əsasən, bu il iyunun 1-dən Krımda və Sevastopolda Ukrayna pulunun (qrivna) dövriyyəsi dayandırılır.
İndiyədək Rusiya Krımda və Sevastopolda qrivnanın 2016-cı il yanvarın 1-dək dövriyyədə olacağını bəyan edirdi.

Putin imzaladığı yeni qanunla Krımda və Sevastopol şəhərində qanunverici orqanlara seçkilərin vaxtını da dəyişib, bu seçkiləri 2015-ci il sentyabrın 14-dən 2014-cü il sentyabrın 14-nə çəkib.
2014-cü ilin fevralında Ukraynada Qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsindən narazı qalan Rusiya hakimiyyəti Krım Muxtar Vilayətini və Sevastopol şəhərini işğal edərək özünə birləşdirib.
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP