Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Milli Qvardiyanın 3 hərbçisi ölüb, 34-ü yaralanıb

Ukraynanın şərqində xüsusi əməliyyat zamanı Milli Qvardiyanın 3 hərbçisi ölüb, 34-ü yaralanıb

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ötən gün Ukrayna Milli Qvardiyasının mətbuat xidmətinin açıqlamasında deyilir.

“Mayın 5-dən 24-dək Ukrayna Milli Qvardiyasının 3 hərbçisi həlak olub: gizir Viktor Dolinski, əsgərlər Boqdan Şlemkeviç, Stanislav Zinçik. Yaralılar müxtəlif bölgələrdəki tibb müəssisələrində müalicə olunurlar”, deyə açıqlamada deyilir.

Qeyd edək ki, mayın 26-da etirazçılar və hərbçilər arasında Donetsk şəhərindəki aeroport və dəmiryolu vağzalı uğrunda şiddətli döyüşlər olub./apa/
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı