Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Cəlilabadda ildırım can aldı

Cəlilabadda ildırım vurma nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb

Cəlilabadda ildırım vuranların sayı 4 nəfərə çatıb.

Bu barədə Cəlilabad Mərkəzi Rayon Xəstəxanadından (MRX) məlumat verilib. Məlumata görə, rayonun Uzuntəpə kənd sakini, 1991-ci il təvəllüdlü Qara Balaxan oğlu Nəzərov mayın 27-də atın belində örüşdən mal-qarasını evə gətirərkən ildırım onu vurub. Təcili Cəlilabad MRX-a yerləşdirilən Q.Nəzərova lazımi tibbi yardım göstərilməsinə baxmayaraq vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ildırım vurma nəticəsində ağır xəsarət almış at, hadisə yerindəcə tələf olub.
1410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı