Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Zərdüşt Əlizadə Poroşenkonu korrupsioner, rüşvətxor adlandırdı

“Ukraynada döyüşənlər arasında rus separatçıları yoxdur”.

Bunu politoloq Zərdüşt Əlizadə Ukraynada baş verən son prosesləri təhlil edərkən deyib.

Onun sözlərinə görə, Ukraynada döyüşənlər rusəsilli Ukrayna vətəndaşlarıdır və onların özlərini rus hiss etmələri, tamamilə, qanunauyğundur:


“Ukrayna çoxmillətli ölkədir. Orada rumınlar, macarlar, yəhudilər, ruslar, polyaklar və digər millətlərin nümayəndələri yaşayırlar. Ukrayna dövləti hər bir milli azlığa hörmət etməyə məcburdur. Yanukoviçin vaxtında regional dillər haqqında bir qanun qəbul olunmuşdu. O qanuna görə, digər milli azlıqların dillərinə hörmət edilirdi. Yeni ifrat sağ millətçilər hakimiyyətə gələn kimi, regional dillər haqda qanunun ləğv olunması barədə qanun layihəsi təqdim etdilər. İndi isə Ukrayna iqtidarı da, müxalifəti də ruslara nifrət etməyə başlayıb”.

Ukrayna hakimiyyətinin səfehliyi ucbatından...

Politoloq, həmçinin, Rusiyanın haqsız, imperalist dövlət olduğunu inkar etmir:

“Əhalisi səfeh, hakim zümrəsi satqın olan respublikaların hamısında etnik ərazi münaqişəsi yaradıb. Bununla da, onları, istədiyi şəkildə, idarə edə bilir. İndi də Ukrayna hakimiyyətinin səfehliyi ucbatından Krım, cənub-şərqi Ukraynanı bu yolla nəzarətdə saxlayır”.

Görünür, 2,4 milyard dollar Poroşenkoya bəs eləmir

Zərdüşt Əlizadənin fikrincə, Ukraynada Yanukoviçin rəhbərliyi altında bir oliqarxın hakimiyyətini başqa bir rüşvətxorun hakimiyyəti yıxıb:

“Onların da başında indiki prezident Pyotr Poroşenko gəlir. Siz elə bilirsiz ki, Poroşenko hakimiyyətə Ukrayna xalqına xidmət etmək üçün gəlib? Yox, o da Yanukoviç kimi cibini doldurmağa gəlib. Görünür, 2,4 milyard dollar ona bəs eləmir. Əgər, o, cənub-şərqi Ukraynada məskunlaşan rusların, ölkənin federallaşması haqqında tələbini qəbul eləsə, bu zaman ölkənin əsas gəlir mənbəyi hesab edilən cənub-şərqi regionun pulu özündə qalacaq. Bu isə büdcənin və Poroşenkonun cibinin boş olmasına gətirib çıxaracaq. Ona görə də, Ukraynanın indiki hakimiyyəti onlara separatçı adı qoyub, əzməklə məşğuldur. Burada, sadəcə, pul məsələsi var. Çünki məntiqinə, davranışına, düşüncəsinə görə Asiya dövləti olan feodal sovet quruluşundan çıxmış hakim zümrə özünü avropalı sayır”./aktual/
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53