Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

UNIBANK Arif Yunusun pullarını vermir

Unibank ASC Sülh və Demokratiya İnstitutunun departament rəhbəri Arif Yunusun şəxsi hesabındakı pulları verməkdən imtina edir.

A.Yunusun həyat yoldaşı, SMD direktoru Leyla Yunusun verdiyi məlumata görə, bu gün o, pulun verilməsi üçün bir daha banka müraciət edib.

Xatırladaq ki, aprelin 24-də Arif Yunus Unibank-ın STB filialından cari hesabındakı 8 min 740 avronu çəkmək istəyib. Lakin “vəsaitin olmaması” bəhanəsi ilə ona pulu verməkdən imtina ediblər.

Növbəti gün imtinanı “texniki problemlərlə” əlaqələndiriblər. Nəticədə, aprelin 28-də baş ofisdə bankın təhlükəsizlik departamentinin rəisi (Vaqif adlı şəxs) Nəsimi rayon məhkəməsinin qərarına istinad edərək, pulun verilməyəcəyini bəyan edib.

Lakin sonradan Baş Prokurorluqdan L.Yunusa bildiriblər ki, heç bir məhkəmə qərarı yoxdur.

L.Yunusun sözlərinə görə, bu gün bankdan A.Yunusa bildiriblər ki, pulun verilməsi bankın təhlükəsizlik departamentinin rəisi Davud Rzayevin sərəncamı ilə qadağan edilib.

“Saat 12.30-dan 16.00-a qədər Arif bu şəxsin qəbuluna düşə və ona verilmiş 541 33 33 telefon nömrəsindən onunla əlaqə saxlaya bilməyib. Bu nömrə bankın ümumi telefon nömrəsi imiş və Arifə Davud Rzayevin yerində olmadığını deyiblər”, deyə L.Yunus bildirib.

Daha sonra o özü bu nömrəyə zəng edib və onu əmanətlərin təhlükəsizliyi şöbəsinin müdiri kimi təqdim edilən Yusif Məmmədova calayıblar.

L.Yunusun sözlərinə görə, Məmmədov pulun verilməsindən imtina edilməsinin səbəbini izah edə bilməyib.

“Təhlükəsizlik departamentinin rəisi müştərinin pulunun verilməsini qadağan edə bilərmi? – sualıma cavabda Məmmədov deyib ki, bunu bilmir”, deyə L.Yunus bildirib. O, bankın hərəkətlərini “özbaşınalıq” adlandırıb.

Bankın hərəkətlərindən məhkəmə şikayəti verilib, lakin hələlik ona nə vaxt baxılacağı məlum deyil.

Yunusların aprelin 28-də Bakı aeroportunda saxlanılma zamanı müsadirə edilmiş xarici pasportlarını da qaytarmırlar.

Məhkəmələrə verilən şikayətlər nəticə verməyib. Vəkil Xalid Bağırov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək üçün material hazırladığını bildirib. Belə ki, Nəsimi və Bakı Apellyasiya məhkəmələri L.Yunusun pasportların qanunsuz müsadirə edilməsi haqqında şikayətini təmin etməyiblər.

Unibank ASC Yunusun bəyanatı ilə bağlı şərh vermir./contact/
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44
Ayətul