Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Ölkə sosial partlayış ərəfəsində

Bakıda bir gündə 3 aksiya keçirildi

Binəqədi şosesi ətrafında yaşayan əhali Bakı-Sumqayıt yolunu bağlayıb. Sakinlərin yolu bağlamasına səbəb uzun müddətdir içməli suyun verilməməsidir. Sakinlər bildirib ki, onlara yeni xətlər çəkiləndən sonra suyun veriləcəyi deyilib. Lakin 1 aydır nə yeni xətt çəkilir, nə də su verilir.
Hadisə yerinə rəsmilərdən heç kim gəlməyib.
Dünən daha bir aksiya Milli Məclisin qarşısında olub. Şəhid və itkin düşmüş şəxslərin ailə üzvləri Milli Məclisin qarşısında aksiya keçirərək. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununa uyğun olaraq şəhid ailələrinə 11 min manat olan dövlət icbari sığorta pulunun ödənilməsini tələb ediblər(bizimyol.info).
Şikayətçilərin sözlərinə görə, 2010-cu ildən bu günə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varisləri və aldıqları xəsarətlərdən əlil olmuş şəxslərə ödənilməli olan dövlət icbari sığorta ödənişləri verilmir.
Mayın 27-nə keçən gecə isə Bakının Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaldılan çoxmərtəbəli binanın sakinləri yolu bağlayaraq aksiya keçiriblər.
Sakinlərin etiraz aksiyası keçirməsinə səbəb isə 2005-ci ildə ev aldıqları “Fateh-N” MTK şirkətinin rəhbərliyinin binanı yarımçıq qoyaraq ölkədən qaçması olub. Təxminən 50-yə yaxın bina sakini yaxınlıqdakı yolu bağlayıb, tikinti şirkətinin rəhbərliyində təmsil olunan şəxslərin əraziyə gələrək onlarla görüşməsini tələb ediblər. Sakinlər musavat.com-a bildiriblər ki, binanı tikən şirkətin rəhbəri Mahir Kərimovla telefonla əlaqə saxlayıblar. Şirkətin rəhbəri əraziyə gəlməkdən imtina edib./azadlıq/
1478 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı