Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Daha bir gənc fəal həbs olundu

Orxan Eyyubzadə polisə müqavimət ittihamı ilə Kürdəxanı təcridxanasına göndərildi

NIDA-çılara oxunan ədalətsiz hökmə etiraz olaraq, mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında keçirilmiş aksiya zamanı saxlanılarraq, 20 sutka inzibati həbs cəzası alan Orxan Eyyubzadə mayın 26-da azadlığa çıxmalıydı. Lakin o, həbsdən buraxılmayıb.
Gənc fəalın vəkili Əsabəli Mustafayev bildirib ki, onun barəsində Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsilə cinayət işi başlanıb. Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Orxan Eyyubzadə artıq Kürdəxanıdakı istintaq təcridxanasına göndərilib.
Vəkil onu da qeyd edib ki, məhkəmənin qərarından qısa müddətdə apelyasiya şikayəti veriləcək. Əgər Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin edib Orxan Eyyubzadənin barəsində həbs-qətimkan tədbirini dəyişməsə, Avropa Məhkəməsinə müraciət olunacaq.
Əsabəli Mustafayevin sözlərinə görə, 19 yaşlı Orxanın polisə müqavimət göstərdiyini təsdiqləyən bircə sübut da yoxdur: “Bu iş tamamilə absurddur. Məhkəmə 19 yaşlı gəncin barəsində belə bir qərarı necə verib, bilmirəm”./azadlıq/
1493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP