Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Gülən camaatı 7 nəfər tərəfindən idarə olunurmuş

Fətullah Gülən camaatı 7 nəfər tərəfindən idarə olunurmuş.

Gülən camaatının ən güclüsü "Qaynaq Holdinq"in idarə heyətinin rəhbəri olan Mustafa Özcandır.

Mustafa Özcan, Şərif Əli Təkalan, Məhməd Əli Şəngül, İsmayıl Böyükçələbi, Ərdoğan Tüzün, Abdullah Aymaz, Naci Tosun camaatın böyük qardaşı olaraq tanınır.

Mustafa Özcan qatı və intizamlı biri olaraq tanınır. Camaat arasında "dəmir yumruq" olaraq bilinir.

Mustafa Özcan İstanbulda camaat adına imamlıq edib. 2002-ci ildə təqaüdə çıxıb. Həmin ildə "Qaynaq Holdinq"in idarə heyətinin rəhbərliyinə gətirilib. Özcan 2006-cı ilədək bu vəzifəni icra edib.

Mustafa Özcan həmçinin "Qaynaq Holdinq"ə uzun illər rəhbərlik etdiyi üçün camaatın maliyyə gücünə nəzarət edən az sayda şəxslərdən biri olub. Mustafa Özcanın şirkətinə dəstək olan "Hisar Təhlükəsizlik" holdinqdə olan şirkətləri mühafizə edir.

Qeyd edək ki, "Qaynaq Holdinq"də bu ilin mart ayında Maliyyə Nazirliyi tərəfindən əməliyyat keçirilmişdi və burada gülənçilərin kassası olaraq bilinən Mustafa Özcan hədəf alınmışdı./axar/
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...