Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

ABŞ Putini devirmək üçün 30 milyard pul ayırır

Konqresə qanun layihəsi təqdim olunub; Sənəddə Azərbaycanla bağlı məsələyə də toxunulub

ABŞ Ukraynada baş verən Meydan hadisələrini Moskvada da təkrarlamaq niyyətindədir. ABŞ Konqresi Putini devirmək məqsədilə 30 milyard dollar pul ayırmağı planlaşdırır. Konqresin saytında yerləşən qanun layihəsindən belə nəticə çıxır.

Sənədi Amerika parlamentində Con Makkeynin rəhbərliyilə 26 Respublikaçı-senator hazırlayaraq, qeydiyyatdan keçirib. Putinin devrilməsinin maliyyələşdirilməsinə dair sənəd “Rusiya təcavüzünün qarşısının alınması aktı-2014" adlanır.

Respublikaçılar partiyası nümayəndələrinin qanun layihəsində göstərdikləri tədbirlər siyahısı kifayət qədər maraqlıdır. Amerika qoşunlarının Rusiya sərhədləri boyu yerləşdirilməsi, hərbi təlimlərin tezliyinin və müddətinin artırılması, Rusiya müxalifətilə əlaqələrin gücləndirilməsi, hər il 10 milyard olmaqla, 3 il ərzində Rusiyanın demokratikləşməsi üçün vəsait ayrılması nəzərdə tutulub.

Qanun layihəsinin 206-cı bölməsində demokratik idarəçiliyin təkmilləşdirilməsi, anti-korrupsiya proqramları və qanunun aliliyinin təmin olunmasına maliyyə vəsaitlərinin ayrılmasından söhbət gedir. Kifayət qədər böyük məbləğ Rusiyada internet istifadəçilərinin senzuradan yan keçməsini təmin edəcək texniki imkanlara sərf olunacaq. Bundan əlavə, vətəndaş cəmiyyətinin, siyasi təşkilatların maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlətin nəzarətində olmayan mətbuat orqanlarının dəstəklənməsinə də böyük vəsait ayrılacaq.

Bu sənəd ABŞ Konqresinin Beynəlxalq münasibətlər komitəsində iki oxunuşdan keçib. Amerikalı politoloqların fikrincə, Konqresdə üstünlüyü olan Respublikaçılar partiyasının sənədin yaxın vaxtlarda qəbuluna nail olacağı şübhə doğurmur.

Qanun layihəsinin bir necə bölməsində Azərbaycanın adı çəkilir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın ciddi rol oynamasının təmin edilməsi məqsədilə bu ölkəyə xüsusi diqqət göstərilməsinin vacibliyi vurğulanır. Bundan başqa, ABŞ və NATO Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanla hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxın zamanlarda zəruri addımlar atmalıdır. /azadliq.info/
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51