Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Qaçırılmış qızların yeri bilindi - Foto

Nigeriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, aviasiya marşalı Aleks Badenin dediyinə görə, "Boko Haram" terror qruplaşmasının ötən ay qaçırdığı məktəbli qızların harada olduqlarını bilirlər.
Nigeriyanın paytaxtı Abucada etiraz aksiyası keçirən on minlərlə nigeriyalının qarşısında çıxış edən A.Bade deyib: "Qızların harada saxlandıqlarını bilirik. Amma bunu sizə deyə bilmərik. Hərbi sirləri sizə verə bilmərik. Çalışırıq və bu yaxınlarda o qızları azad edəcəyik".
Onun sözlərinə görə, 273 qızın xilas edilməsi üçün hərbçiləri çox ustalıqla hərəkət etmək istəyirlər.
"Kimsə bizə deməsin ki, terrorçuların nə etmək istədiklərini bilmirik. "Boko Haram"la bağlı məlumatlara malikik", - marşal Aleks Bade söyləyib.
"Boko Haram"ın lideri Əbubakar Şeku bəyan etmişdi kim, qızları qonşu ölkələrə qul kimi satacaqlar.

Qaçırılmış qızların yeri bilindi - FOTO
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP