Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Lobyanın xeyirli xüsusiyyətləri ...

Bu məhsulun 200 dən artıq növü vardır. Qədim zamanlardan bəri bu məhsulu dərman bitkisi kimi istifadə edirdilər. Belə ki, lobyanın tərkibində, insan orqanizminin normal fəaliyyəti üçün lazım olan bütün komponentlər vardır.
Bu məqalədə sizə lobyanın arıqlamağa kömək olan xüsusiyyətlərindən məlumat verəcəyik. Tərkibi karbohidratlarla çox zəngin olduğundan, bir çox pəhrizlərdə bu məhsulun rasion üçün məsləhəhət görülməməsinə baxmayaraq, yaxın zamanda aparılan araşdırmalar bəlli etmişdir ki, lobya, əksinə karbohidratlar üçün blokator rolunu oynayır. Məhz bu səbəbə görə bir çox dietoloqlar lobya haqqında fikirlərini dəyişdi və onu bir çox pəhriz menyusuna aid etməyə başladılar.
Lobyanın mikroskop altında görünən xeyirli xüsusiyyətləri...
Beləliklə, lobya kifayət qədər qidalı və doyumlu məhsul olduğundan, arıqlama periodunda sizə aclıq hissi keçirtməməyə kömək olacaq. Bunun səbəbi odur ki, tərkibində olan çətin karbohidratlar, bağırsaqda şişərək gec həzm olunur və bununla siz uzun zaman aclıq hissi keçirtmirsiniz. Həmçinin lobyanın tərkibində yavan zülallar vardır ki, o, sağlam çəki korreksiyası üçün vacib komponent sayılır.
Digər xeyirli xüsusiyyətlərinə gəldikdə isə, bu məhsul, orqanik turşular, amin turşuları, A, B, C, E, PP qrup vitaminləri, mikro və makroelementlərlə(kalisy, maqniy, kaliy, xrom və s.) çox zəngindir. Bu isə lobyanın köməyi ilə , qanda xolesterinin səviyyəsini azaltmaq, qlyukoza mübadiləsini stabilləşdirmək və bununla bədən çəkisini kontrolda saxlamağinızı təmin edir.
Tərkibində olan sapinin maddələri isə, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və xolesterinlə mübarizə aparır.
Amerikanlıların bu məhsulu sevməsini səbəbi isə onun antioksidant xüsusiyyətidir. Araşdırmalara əsasən, lobya orqanizmıı düşdükdə, maddələr mübadiləsinin işinə cavab verən,həzm hormonu olan xolesistokinin ifrazını iki dəfəyə qədər stimullaşdırır, bununla hüceyrə metobolizmini tezləşdirir və iştahın azalmasına səbəb olur.
Lobyanın əks göstərişi...
- mədə bağırsaq traktında xəstəlikllərindən əziyyət çəkən insanlara
- ürək-damar sistemində problemi olan insanlara
Həmçinin unutmayın ki, konservləşdirilmiş lobyadan istifadə etmək məsləhət deyil, belə ki, bu halda onun tərkibində çox duz olur. Duz isə artıq çəki ilə mübarizədə qadağan sayılır.
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı