Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Boko-Haram Nigeriyada daha 31 polisi və əsgəri öldürdü

Boko-Haram terror qruplaşması bazar ertəsindən çərşənbə axşamı gününə keçən gecə Nigeriyanın şimal-şərqində polis qərargahlarından birinə qəfil hücum edib

Boko-Haram terror qruplaşması bazar ertəsindən çərşənbə axşamı gününə keçən gecə Nigeriyanın şimal-şərqində polis qərargahlarından birinə qəfil hücum edib. İnterAz-ın Əlcəzirə-yə istinadla verdiyi xəbərə görə, hücum Nigeriyanın şimal-şərqində yerləşən Buni-Yadi bölgəsində həyata keçirilib. Nigeriyanın təhlükəsizlik mənbələri burada ölənlərdən 17-in ordunun hərbi qulluqçusu, 14-nün isə polis olduğunu deyiblər.

Bu arada bir ay öncə Boko-Haram tərəfindən oğurlanan məktəbli qızların yeri və taleyi barədə qeyri-dəqiq xəbərlər yayılmaqdadır. Nigeriya höküməti son günlərdə məktəblilərin harada saxlanıldığını bildirsə də onların azad edilməsi üçün Boko-Haramla danışıqlar apardığını deyib.

Digər tərəfdən Kameron Nigeriya ilə sərhədlərinin Boko-Haramın hücumlarının təhlükəsindən qorumaq üçün və təhlükəsizliyini təmin etmək üçün bölgəyə əlavə ordu qüvvələri cəlb edib.
1255 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP