Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Misirdə seçki 1 gün də uzadıldı

Prezident seçkisi artıq 3-cü gündür davam edir

Bu gün Misirdə prezident seçkilərinin üçüncü günüdür.

"Associated Press" agentliyinin məlumatına görə, Mərkəzi Seçki Komissiyası səsvermənin müddətinin daha bir gün uzadılması ilə bağlı qərar qəbul edib. Daha əvvəl səsvermənin iki gün keçirilməsi nəzərdə tutulmuşdu.

Seçki bülletenində iki namizədin adı var - keçmiş müdafiə naziri Əbdül Fəttah əs-Sisi, digəri isə mülki inqilabçı düşərgənin təmsilçisi Həmidin Səbbahidir. O, 2012-ci ildə keçirilən prezident seçkilərində üçüncü yeri tutmuşdu.
1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01