Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Krım bir daha Ukraynaya qayıtmayacaq

“Krımı artıq itirmişik və mən hesab edirəm ki, onu artıq geri qaytarmaq real məsələ deyil”.

Bu açıqlama ilə Ukraynanın eks-prezidenti Leonid Kuçma çıxış edib.

O, Rusiyanın heç vaxt Krımdan çıxmayacağını bildirib:

“Mən öz prezidentlik dönəminin bitməsindən əvvəl Ukraynanı Kuçmasız görmək istədiyimi bildirmişdi. O vaxt belə hərəkatlar dəbdə idi. İndi biz onu görürük. Krımı artıq itirmişik və mən hesab edirəm ki, onu artıq geri qaytarmaq real məsələ deyil. Artıq geriyə yol yoxdur. Rusiya Krımı heç vaxt verməyəcək. Hazırda faktiki müharibə Donbasda gedir. Ukraynanın yeni prezidenti qarşısında əsas məsələ Donetsk və Luqanskın qorunub saxlanılması olacaq. Axı ərazilərin itirilməsi baş verə biləcəklərdən ən pisidir”.
1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35