Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Ukraynada təyyarə vuruldu

Ukraynanın Donetsk vilayətində etirazçılar Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarəni vurub.

Bu barədə Rusiya mətbuatı yazır.

Xəbərə görə, Donetsk vilayətində ordu qüvvələri ilə etirazçılar arasında gərgin döyüşlər getdiyi bir vaxtda pilotsuz təyyarə peyda olub. Etirzçılar təyyarəni atəşə tutub və onu məhv ediblər.

Ukrayna mətbuatında yer alan son məlumatlara görə, hazırda Donetsk səmasında Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcıları uçur. Lakin qırıcılardan heç bir atəş açılmır. Təyyarələr Donetsk səmasında sadəcə dövr edirlər.

Donetsk hava limanına isə hərbi helikopterlər cəlb edilib. Helikopterlərdən də atəş açılmır. Hava limanında hələlik atəş səsləri eşidilmir.
1452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 15:34
“Quldur hö