Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2014

Sergey Lavrov ABŞ-ı Suriyadakı terrorçuları silahlandırmaqda günahlandırdı

“Bir təcrübəni heç vaxt yadımızdan çıxartmayaq ki, vaxtilə ABŞ-ın silahlandırdığı mücahidlərin yaratdığı Əl-Qaidə 11 sentyabr, 2001-ci ildə məlum terror hadisəsini həyata keçirtdi”

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov argentinalı həmkarı Ektor Timermanla görüşündə bəyan edib ki, rəsmi Vaşinqtonun Suriya müxalifətini silahlandırması Moskvanı narahat edir. Bu barədə İTAR-TASS informasiya agentliyi məlumat yayıb.

Lavrov öz çıxışında deyib: “Bir təcrübəni heç vaxt yadımızdan çıxartmayaq ki, vaxtilə ABŞ-ın silahlandırdığı mücahidlərin yaratdığı Əl-Qaidə 11 sentyabr, 2001-ci ildə məlum terror hadisəsini həyata keçirtdi”.

Qeyd edək ki, Suriya müxalifəti prezident Barak Obama ilə ümumi dəyəri 27 milyon dollarlıq olan razılaşma əldə edib. Razılaşmaya əsasən, müxalifət ABŞ istehsalı olan zenit-raket komplekslərə sahib olacaq.

“Bu cür silahlar olduqca təhlükəlidir və regionda mülki aviasiya üçün açıq-aşkar təhdiddir. ABŞ hökumətindən növbəti bəyanatı eşitmək istəyirəm” – deyən Lavrov bu məsələnin tezliklə həllini tapacağına ümid etdiyini də bəyan edib.
1312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber