Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Sisi səslərin 93,4% qazanıb

Misirdə keçirilən prezident seçkilərində sabiq müdafiə naziri qalib gəlir

Misirdə prezident seçkilərinin nəticələri açıqlanır. İlkin nəticələrə əsasən, ölkənin sabiq müdafiə naziri Əbdülfəttah əs-Sisi böyük fərqlə öndədir.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, artıq səkkiz milyon seçki bülleteni hesablanıb, əs-Sisi səslərin 93,4% qazanıb.

Üç gün ərzində keçirilən prezident seçkilərində iki namizəd iştirak edib: Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Hamdeyn Səbbahi.

Əvvəlcə seçkilər iki gün - bazar ertəsi və çərşənbə axşamı keçirilməli idi. Lakin Misir hökuməti seçici fəallığının artırılması məqsədi ilə səsverməni daha bir gün uzatmışdı. Rəsmi nəticələrin gələn həftə açıqlanacağı gözlənilir.
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25