Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Donbass müharibə zonasına çevrilib

Luqansk vilayət daxili işlər idarəsindən xəbər verirlər ki, atəş səsləri eşidilir

Luqanskda etirazçıların silahlı dəstələri Ukrayna milli qvardiyasına hücum edərək Ukrayna hərbçilərindən silahı təhvil verib hissədən çıxmaqlarını tələb edirlər.

Luqansk vilayət daxili işlər idarəsindən xəbər verirlər ki, atəş səsləri eşidilir, Milli qvardiyanın kazarması yerli “Zarya” dəstəsi tərəfindən mühasirəyə alınıb. Bu dəstəni Luqansk etirazçıları yerli hərbi komissarlığın bazasında yaradıblar. Bir qədər əvvəl Milli qvardiya məlumat yaymışdı ki, Luqanskda onların hərbi hissəsini ələ keçirmək cəhdi olub. Qərb agentlikləri rəqəm göstəməsələr də hər 2 tərəfdən itkilər olduğunu xəbər verirlər.

Petro Poroşenko Ukraynanın yeni prezidenti seçiləndən dərhal sonra Ukrayna təhlükəsizlik qüvvələri Ruisya etirazçılarının əsas mərkəzi olan Donetskdə onlarla yaraqlı məhv etdilər. Donetsk şəhərində Rusiya etirazçılarına köməyə gələn çeçen döyüşçülər vuruşduğu da məlum oldu.
Rusiya Poroşenkonun prezident kimi ilk addımlarından qıcıqlandığını gizlətmir, Ukraynanın antiterror əməliyyatlarını hələ də "dinc xalqa qarşı silah işlədilməsi" adlandırır.

Donbass vilayətində 4 ATƏT müşahidəçisi yoxa çıxıb.

Rusiyadan Donbass etirazçılarına yardıma can atan silahlı qruplaşmalarla Ukrayna sərhədçiləri arasında döyüşlər baş verir.
Mayın 28-də yüzlərlə adam Donetskin mərkəzində yürüş keçirib. Rusiyanın bayrağını qaldıran bu adamlar "Faşist keçə biməyəcək" deyərək yaraqlı etirazçıların zəbt etdiyi Donetsk vilayət binasının qarşısına qədər gediblər. Rusiyameylli media yürüş iştirakçılarının yerli kömür mədənlərində işləyən şaxtaçılar olduğunu yazır.

Ukraynanın bütövlüyü tərəfdarları yürüşə ümumiyyətlə separatçıların tərəfində olan bütün adamların toplaşdığını bildirir və qeyd edirlər ki, kömürçülərin heç də hamısı yaraqlıları dəstəkləmir./ans/
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı