Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Boko Haram hücum etdi: 45 ölü

Nigeriyada Boko Haram terror təşkilatının hücumu nəticəsində çoxlu sayda insan tələfatı qeydə alınıb.

Nigeriyanın Borno əyalətinin Qarmuşi kəndinə edilən hücum nəticəsində 100-dən çox adamın həyatını itirdiyi bildirilir. Maiduquri şəhərindən 129 kilometr məsafədə yerləşən kəndə hücum 4 saat davam edib.

Hadisə şahidləri 45 nəfərin artıq dəfn olunduğunu, hadisə nəticəsində ağır yaralıların olduğunu və ölənlərin sayının artacağını bildirir.

Xatırladaq ki, Nigeriyada fəaliyyət göstərən və dini dövlət uğrunda savaşan Boko Haram təşkilatı qanlı hücumları ilə tanınır və minlərlə adamın öldürülməsində təqsirli bilinir.
1582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP