Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Ərdoğan gələcək prezidentin adını ağzından qaçırdı

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ağrı vilayətində mitinq keçirib. Mitinqdə çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan qarşıdakı prezident seçkilərindən də danışıb. Baş nazir çıxışı zamanı sensassiyalı açıqlama verib. Daha doğrusu, onun açıqlamasındakı bir nüans diqqəti cəlb edib. Ərdoğan çıxışında qarşıdakı seçkilərdə AKP-nin namizədinin kimliyindən danışarkən bu mövzuda Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüş və məsləhətləşmələrinin davam etdiyini ağzından qaçırdıb.

Cəmil Çiçək Türkiyədəki müxalifətin də ürəyindən keçən namizəddir və onun prezidentliyə namizəd göstərilməsi müxtəlif partiyaların rəhbərliyində çoxdan müzakirə olunurdu.

Xatırlayırsınızsa, bir müddət öncə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəllə görüşən MHP lideri Dövlət Baxçalıya da qocaman siyasətçi “ya Gülü, ya Çiçəyi dəstəklə” mesajını vermişdi.


Cəmil Çiçək 1946-cı ildə Yozqatda anadan olub. Hüquqşünasdır. Ana Vətən Partiyasının qurulmasında yaxından iştirak etmiş Çiçək 1984-cü ildə məmləkətində həmin partiyanın namizədi kimi bələdiyyə seçkilərində qalib gəlib. ANAP iqtidarı zamanı Ailədən sorumlu dövlət naziri postunu tutub.

1998-ci ildə ANAP-dan istefa verərək Fəzilət Partiyasına, daha sonra isə AKP-yə keçib. 2002-ci ildə millət vəkili seçilən Çiçək 58 və 59-cu hökumətlərdə Ədalət bakanı, 60-cı hökumətdə isə Dövlət naziri və Baş nazirin müavini postunu tutub.

2011-ci ildən Türkiyə Böyük Millət Məclisinin sədridir.

İngiliscə və orta səviyyədə fransızca bilir. Üç uşaq atasıdır.
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı