Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Yaralı əsgərdən xəbər var

Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməsi nəticəsində ağır yalanan əsgərimiz Mirzəzadə Mehman Dadaşbala oğlunun səhhəti normallaşır.

1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman cəbhə xətinə yaxın yerdə yerləşən hərbi hospitallardan birinə yerləşdirilib. Sakinlərin bildirdiklərinə görə, basqın zamanı snayper gülləsi əsgərimiz qarın nahiyyəsinə dəyib.

Sakinlər hospitalda yatan əsgərimizin vəziyyəti ilə maraqlanıblar. Onların sözlərinə görə, ağır yaralanaraq hərbi hospitala yerləşdirilən Mirzəzadə Mehmanın səhhəti normallaşır.

Qeyd edək ki, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib./ans/
1590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP