Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Hərbi hissədən qaçan əsgər tapılıb

Azərbaycan hərbi hissədən qaçan silahlı əsgər yaralı vəziyyətdə təmas xəttində tapılıb

Azərbaycanda xidməti silahını götürərək hərbi hissədən qaçan əsgər tapılıb.

Ağstafa Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçib. Onun hansı şəraitdə və kimin tərəfindən yaralanması isə hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissənin əsgəri, 19 yaşlı Cəmil Elxan oğlu Hüseynzadə oktyabrın 26-da xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.

Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub.

Qeyd edək ki, C. Hüseynzadə Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
1719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...