Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Leyla Yunus saat 12-də istintaqa getməlidir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 29-da Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə dəvət olunub.

“Səhər saat 10:05-də xüsusilə mühüm işlər üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra prokurorkuğa gəlməyimi istədi”, - L.Yunus Turan-a bildirib. O qeyd edib ki, görüşün səbəbləri açıqlanmayıb.

“Mən Ləmbəranskiyə dedim ki, bir şərtlə gələrəm ki, qanunsuz götürülmüş pasportlarımız mənə və həyat yoldaşıma qaytarılsın”, - L.Yunus vurğulayıb. O dəqiqləşdirib ki, pasportları aldıqdan iki saat sonra prokurorluqda olacaq.

L.Yunus jurnalistlərin dəstəyini istəyib.

Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin hökumətyönlü KİV onu erməni QHT-lərlə əməkdaşlıqda ittiham edib.
1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28