Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2014

Sumqayıtdakı 11 saylı orta məktəbin müəllimləri etiraza qalxdı

«Direktor Ofelya Babayevanın işi ancaq bizim əlimizlə pul yığmaqdır, bircə maaş kartımız qalıb onu da verək ki, gözü doysun»

Dünən elektron ünvanımıza Sumqayıt şəhər 11 saylı orta məktəbin müəllim kolektivi adından şikayət məktubu daxil olub. Həmin məktubda deyilir ki, 68 yaşlı direktor Ofelya Babayeva məktəbi rüşvət bataqlığında məhv edir.

Onlar qeyd edirlər ki, təhsil naziri Mikayıl Cabbarovun məktəblərdə pul yığımına qarşı etdiyi xəbərdarlıqlara baxmayaraq 11 saylı orta məktəbin direktoru hələ də öz “qanunlarını” tətbiq etməkdə davam edir. «Bütün müəllimləri şağgirdlərdən pul yığmağa vadar edir. Sinifə təyin etdiyi “norma” yığılmadıqda çatışmayan məbləği müəlimin özündən tələb edir. Əks halda işdən qovmaqla, dərs saatlarını kəsməklə hədələyir. Biz burada dərs deməyə yox pul yığmağa gəlirik. Təsəvvür edin ki, Ofelya Babayeva 8 martda, müəllimlər günündə, öz ad günündə də müəllimlərin qarşısında tələb qoyur. İbtidai sinif müəllimləri 50, qalanları 100 manat pulu siyahı ilə təqdim etməlidir. Bir o qalıb ki, maaş kartlarımızı da toplayıb ona verək bəlkə gözü doydu».

Ofelya Babayeva bir xeyli əvvəl Sumqayıt Şəhər Təhsil İdarəsinin müdiri olub və həmin vaxt ciddi bir nöqsan səbəbindən işdən azad edilib. Belə ki, idarə müdiri olan zaman «Gülüstan» Sarayında gəlninə brilliantdan tac hədiyyə etdiyi üçün keçmiş prezident Heydər Əliyev tərəfindən işdən azad edilib. Müəllimlər deyir ki, görünür, direktor bu hadisədən hələ də dərs çıxarmayıb?

11 saylı məktəbin müəllim heyəti bildirir ki, onlar bu problemlərdən canlarını qurtarmaq istəyirlər və müvafiq dövlət qurumlarından tədbir görmələrini istəyirlər./jam/
1427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19