Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Merkel ABŞ tərəfindən 10 il dinlənilib

Amerikan Milli Təhlükəsizlik Agentliyinin Almaniya federal kanlseri Anqela Merkelin telefonunu hələ baş nazir olmadığı 2002-ci ildən bu yana dinləmə siyahısında olduğu bildirildi, - Sabah.

ABŞ-ın son aylarda tənqid olunan kəşfiyyat idarəsi Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2002-ci ildən bəri Anqela Merkelin xüsusi telefonunu izlədiyi ortaya çıxıb. Alman Der-Spiegel jurnalı "NSA"nın alt təşkilatı Xüsusi Kəşfiyyat Xidmətinin (SCS) 2002-ci ildə Merkelin telefon nömrəsini təqib edilənlər siyahısına alındığını və ABŞ prezidenti Barak Obamanın bu ilin iyun ayında Berlin səfərindən bir neçə həftə əvvələ qədər Almaniya kanslerinin nömrəsinin "GE Chancellor Merkel" qeydiylə siyahıda olduğunu yazır.

2000-ci ildə müxalifətdə olan Xristian Demokrat Partiyanın (CDU) sədri olan Merkel 2005-ci ildən bəri Almaniyanın baş naziridir. Jurnalın ələ keçirdiyi 2010-cu il tarixli SCS sənədində "NSA"nın Berlindəki ABŞ səfirliyində rəsmi casusluq qeydlərinin olmaması üzündən Almaniyadakı izləmə səylərinin Vaşinqton və Berlinin münasibətlərini poza biləcəyi də ifadə edilir. Berlindəki rəsmi təşkilatların olduğu bölgənin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NSA tərəfindən icazəsiz izlənildiyini ifadə edən sənəddə həmçinin bu cür kəşfiyyat mərkəzlərinin Paris, Madrid, Roma, Praqa, Cenevrə və Frankfurt daxil olmaqla dünya miqyasında daha 80 şəhərdə olduğu ifadə edilir. "Bild am Sonntag" qəzeti isə ABŞ kəşfiyyat mənbələrinə istinad etdiyi xəbərində Obamanın 2010-cu ildə Merkelin dinlənildiyini öyrəndiyini, ancaq bu vəziyyətə müdaxilə etmədiyini bildirir. Merkelin dinlənilməsi iddiaları üzündən Almaniya hökuməti kəşfiyyat əməkdaşlarından ibarət yüksək səviyyəli bir nümayəndə heyətini danışıqlar üçün Ağ Ev və "NSA"ya göndərmək qərarına gəlib./Deyerler
1560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...