Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Qapanlı atəşə tutulur

Ermənilər kəndi günboyu intensiz olaraq atəşə tutmağa davam edib

Tərtərin Qapanlı kəndi təmas xəttinin 300 metrliyində yerləşir. Son günlərdə Ermənistan silahlı qüvvələrinin cəbhənin bu istiqamətində fəallaşması kənd sakinlərinin həyat şəraitini çətinləşdirib. Qarşı tərəf milli ordumuzun mövqelərilə yanaşı kənddəki evləri də hədəf alır.

Son 10 gündə ermənistan silahlı qüvvələri Tərtərin işğal altındakı Seyidsulan kəndindəki mövqelərindən rayonun Qapanlı kəndini atəşə tutur. Qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edir. Atılan güllələrdən biri kənd sakini Xuraman Tanrıverdiyevanın həyətindəki ot tayasına dəyib.

Baş verən yanğının qarşısını kən sakinləri almağa çalışsa da mümkün olmayıb. Dərhal FHN-nin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər alovun evə keçməsinin qarşısını alıblar.

Qarşı tərəf günboyu kəndi atəşə tutmağa davam edib. Çəkiliş zamanı ans-in çəkiliş qrupu da bunun şahidi oldu.

Qapanlıda əsas təhlukə Ermənistan silahlı qüvvələrinin mövqelərindən aydın müşahidə olunduğu üşün kəndə gedən yolda, əkin və otlaq sahələrindədir.

Qapanlının gecəsi də gündüzündən fərqli olmayıb. Təmas xəttindəki gərginlik səhərə qədər davam edib.
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı