Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Ərdoğanı prezident elan etdilər (FOTO)

Bu tələblərimizi prezident Rəcəb Tayyib Ərdoğana aparmaqdan bizi xilas edəcəyinizə inanırıq”

Türkiyə “Memur-Sen” həmkarlar ittifaqının sədri Əhməd Gündoğdu baş nazir Rəcəb Tayyib Ərdoğanı prezident elan etdi. Baş nazirlə eyni tədbirdə iştirak edən Gündoğdu, “Baş nazir Ərdoğana dediyimiz bu tələblərimizi prezident Ərdoğana aparmaqdan bizi xilas edəcəyinizə inanırıq” – deyib.

“Böyük Türkiyə deyirik. Böyük və güclü Türkiyə qərb mədəniyyətinin və müstəmləkə sisteminin sonunun çatmasıdır. Cənab baş nazir, bu axşam dilə gətirdiyimiz tələblərimizi baş nazir Rəcəb Tayyib Ərdoğan kimi həyata keçirməyinizi gözləyirik. Bu tələblərimizi prezident Rəcəb Tayyib Ərdoğana aparmaqdan bizi xilas edəcəyinizə inanırıq”.

Tədbirdə təhsil naziri Nabi Avcı, Gənclik və idman naziri Akif Çağtay Kılıç, sabiq nəqliyyat, dənizçilik və rabitə naziri Binali Yıldırım da iştirak edib.
1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...