Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Hərbi xunta Misirdə seçkinin qalibi oldu

Əbdəl Fəttah Əl-Sisi 3 gün davam edən proses zamanı səslərin 90 faizini toplayıb

Misirdə keçirilən prezident seçkilərinin qalibi ölkənin sabiq ordu rəhbəri Əbdəl Fəttah əl-Sisi oldu. Əl-Sisi 3 gün davam edən proses zamanı səslərin 90 faizini toplayıb. Onun əsas rəqibi Həmdin Sabahi isə səslərin cəmi 3.5 faizini toplaya bilib. Təşviqat kampaniyasının məlumatına görə, səsvermədə ölkə əhalisinin 46 faizi iştirak edib.

Əl-Sisi tərəfdarları ötən gün axşam saatlarında qələbəni bayram ab-havasında qeyd ediblər.

Əl-Sisinin qələbəsi əvvəlcədən gözlənilən olsa da, müxalifət rəhbərliyi seçkilərin ədalətsiz şəkildə baş tutduğunu bildirib. Həmçinin, avropalı müşahidəçilər də eyni mövqedən çıxış ediblər.
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07