Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Buş-Bleyer məxfi danışıqları açıqlanacaq

İraqa müdaxilə ilə bağlı Buş-Bleyer məxfi danışıqları açıqlanacaq

İraqa müdaxilə ilə bağlı Buş-Bleyer məxfi danışıqları açıqlanacaq
Britaniya hökuməti ölkənin keçmiş baş naziri Toni Bleyerlə ABŞ-ın sabiq prezidenti (kiçik) Corc Buş arasında 2003-cü ildə İraqa hərbi müdaxiləyə bir neçə ay qalmış aparılmış məxfi yazışmaları və danışıqları nəhayət ki, açıqlamağa qərar verib.

Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, söhbət müharibə ərəfəsində onlar arasında mübadilə edilən 25 məktubdan və aparılan 130-dan çox telefon danışığından gedir. Ancaq bu sənədlərin nə vaxt geniş ictimaiyyətin malı ediləcəyi hələlik məlum deyil.

Xatırladaq ki, koalisiyasının İraqa müdaxiləsindən sonra bəlli olmuşdu ki, Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik deyil, hansı ki, müharibənin əsas motivi elə bu sayılırdı. Az sonra Britaniya mətbuatında belə fikirlər getmişdi ki, Buş və Bleyer ictimai rəyi məqsədli şəkildə çaşdırmaqla İraqın neft yataqlarına nəzarəti ələ keçirmək üçün işğala haqq qazandırmağa çalışıblar.
1495 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:02