Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Etirazçılar Luqanskda 20 hərbçini əsir götürdüklərini elan ediblər

Luqansk Xalq Respublikasının nümayəndələri keçirdikləri əməliyyat nəticəsində Ukrayna Milli Qvardiyasının 20 əsgərini əsir götürdüklərini elan ediblər. Bu barədə “RİA Novosti” xəbər verir.

“Bu gün hərbi hissənin yerləşdiyi Aleksandrovskda əməliyyat keçirilib. Əməliyyat nəticəsində qeyd olunan hərbi hissə bizim nəzarətimizə götürülüb”, deyə “LXR” nümayəndəsi bildirib.

Məlumata görə, əməliyyat nəticəsində 1 etirazçı yaralanıb. Hərbçilər arasında itkilər barədə məlumat verilmir.

Bundan əvvəl Aleksandrovsk şəhərində yerləşən hərbi hissədə silah anbarının etirazçılar tərəfindən partladılması barədə məlumat yayılmışdı.
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 19:32