Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Sutka ərzində atəşkəs rejimi 75 dəfə pozulub

Sutka ərzində atəşkəs rejimi 75 dəfə pozulub
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Tərtər rayonunun Seysulan, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!
21.07.17, 12:46