Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

“Sağ sektor”un nümayəndələri həbs edildi

Rusiya kəşfiyyatı “Sağ sektor”un nümayəndələrini həbs etdi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTB) əməkdaşları Krımda “Sağ sektor” qrupunun üzvlərini saxlayıblar.

Bu barədə FTB-nin ictimai əlaqələr mərkəzi məlumat yayıb. Məlumata görə Simferopol, Yalta, Sevastopol şəhərlərində “Sağ sektor”un diversiya hərəkətlərinin qarşısı alınıb.
FTB bəyan edib ki, 9 may tarixində “Sağ sektor” Simferopoldakı Leninin memorial abidəsini partlatmağa, Krımın Rus İcması və Vahid Rusiya Partiyasının nümayəndəliklərinin ofisində yanğınlar həyata keçirməyi planlaşdırıb.

Rusiya kəşfiyyatı bildirib ki, artıq təşkilatın üzvlərinə qarşı cinayət işi açılıb.

Qeyd edək ki, “Sağ sektor” bir müddət öncə partiyaya çevrilib. Adıçəkilən təşkilat Rusiyaya qarşı millətçi mövqedən çıxış edir./modern/
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP