Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Leyla Yunus bu gün zorla prokurorluğa aparıla bilər

SDİ rəhbəri istintaqa ifadə verməkdən imtina etdiyini deyir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus «Amerikanın səsi»nə müsahibə verib. L.Yunus bildirib ki, o, prokurorluğa getməkdən boyun qaçırıb, qanunsuz olaraq həyat yoldaşı Arif Yunusun və özünün prokurorluqda saxlanan pasportların geri qaytarıldıqdan sonra istintaqa ifadə verəcəyini bildirib.

Leyla Yunus güman edir ki, indiki anda onu prokurorluğa həbsdə olan jurnalist Rauf Mirqədirovun Ermənistana casusluq ittihamı ilə bağlı dəvət etmirlər. "Nümayəndəm deyib ki, hazırda prokurorluqda ABŞ və Avropadan olan donorların qrantları üzrə vergidən yayınma ilə bağlı cinayət işi başlanıb. Məni Mirqədirova qarşı qaldırılmış cinayət işi üzrə həbs edə bilmədilər. İndi başqa iş üzrə şahid qismində dəvət edirlər", - deyə o qeyd edib.

L.Yunus mayın 30-da saat 13-14 iradələrində Nəriman Nərimanov prospekti 125-də yerləşən evinə polislərin gələcəyini ehtimal edir: "Polislər məni istintaqa aparmaq üçün gələcəklər".

O pasportunun alınmasını, evində axtarış aparılmasını, hava limanında saxlanmasını qanunsuz hesab edir. "Bununla bağlı məhkəməyə şikayətlər vermişəm, ancaq şikayətlərim təmin edilmir", - Yunus deyib.

Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin bəzi KİV-lər onu erməni QHT-lərilə əməkdaşlıqda ittiham edirlər.
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber