Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Mirzə Ələkbər Sabirin doğum tarixindən 152 il ötür

Böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin doğum günündən 152 il keçir.

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi olub və Ələkbəri gələcəkdə ruhani görmək istəyib. Sabir 12 yaşına qədər mollaxanada oxuyub, sonra məşhur şair Seyyid Əzimin açdığı yeni üsullu məktəbə gedib.

Seyyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şeirlərini də oxuyaraq redaktə edib.

Sabir 1885-ci idə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzib, bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla tanış olub. Səkkiz qızı, bir oğlu olan Sabirin vəziyyəti olduqca ağır olub. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satıb.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri “Şərqi-Rus”, ”Həyat” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında dərc olunub. Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə çıxış edib. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında ağır xəstə olan Sabir vəfat edib. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanlığı”nda dəfn edilib.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra - 1912-ci ildə arvadı Büllurnisə xanımın, dostları Abbas Səhhətin və M.Mahmudbəyovun səyi ilə onun şeirləri “Hophopnamə” adı ilə çap olunub.

İki il əvvəl dahi satirik şairin 150 illik yubileyi respublikada böyük təntənə ilə qeyd edilib.

Bakıda Mirzə Ələkbər Sabir adına Fond, kitabxana fəaliyyət göstərir./SalamNews/
1889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı