Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Cəlilabadda hərbi hissəsədə bədbəxt hadisə baş verib

Çamaşırxanada yuyulmuş paltarları ütüləyən zaman qadının qolu çamaşır ütüləyən dəzgahın arasında qalıb

Cəlilabad rayonunda hərbi hissəsədə bədbəxt hadisə baş verib. Rayonun Göytəpə qəsəbəsindəki "N" saylı hərbi hissənin çamaşırxanasında çalışan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Qasımova Şərqiyə Misir qızı iş zamanı xəsarət alıb. Belə ki, çamaşırxanada yuyulmuş paltarları ütüləyən zaman onun qolu elə çamaşır ütüləyən dəzgahın arasında qalıb.

Xəsarət alan Şərqiyə Qasımova hərbçilər tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisənin travmatik təsirindən yaralı danışıq qabiliyyətini itirib.

Qeyd edək ki, Şərqiyə Qasımova uzun müddətdir ki, hərbi hissədə çalışır. Hazırda faktla bağlı araşdırmalar aparılır.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
Go to TOP