Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

Ukrayna Ordusunun 20 hərbçisi öldürülüb

Ukrayna müdafiə naziri itkilər barədə məlumat verib

Ukrayna Ordusu ölkənin şərqindəki antiterror əməliyyatları zamanı 20-dən artıq hərbçisini itirib.

Bu barədə Ukrayna müdafiə naziri Mixail Koval bildirib.

"Təəssüflər olsun ki, itkilərimiz var. İki helikopterin heyətini itirmişik. Desantçılar arasında da ölənlər var.", - deyə M. Koval bildirib.

O, əvvəlcə ölən hərbçilərin dəqiq sayını deməkdən çəkinsə də sonradan jurnalistin "ölənlərin sayı yüzlərlə ölçülürmü" sualına "Allah qorusun! İtkilərimizin 20 dən bir qədər çoxdur" deyib.

Qeyd edək ki, Ukraynanın şərqində aprelin 15-dən separatçılara qarşı antiterror əməliyyatlarına start verilib.
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber