Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

“İran heç vaxt təhdidlərə və sanksiyalara boyun əyməyəcək”

Məhəmməd Cavad Zərif: “İran heç vaxt təhdidlərə və sanksiyalara boyun əyməyəcək”

İranla “altılıq” ölkələri arasında danışıqlar irəliləyir, ancaq müzakirələr çox ciddi və çətindir”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Əlcəzairdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran yanlış düşüncələrlə “altılıq” ölkələri ilə danışıqları zədələməyə çalışanlara imkan verməyəcək: “Bu il mayın 26-27-də Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla İstanbulda keçirdiyimiz qeyri-rəsmi görüşlərdə “üfüqdəki fürsətlər” haqqında müzakirələr apardıq. İran nüvə məsələsinin həlli üçün hər iki tərəfin də siyasi iradəsi mövzusunda nikbindir”.

M.C.Zərif deyib ki, K.Eştonla görüşlər çətin olsa da, irəliləyiş baş verib: “Biz yekun razılaşmanın əldə olunmasına çalışdıq. İran nüvə fəaliyyətlərinin həmişə dinc məqsədli olduğunu və əsla nüvə silahı istehsal etmək niyyətində olmadığını qərblilərə qəbul etdirməyi qarşısına məqsəd qoyub”.

Nazir həmçinin deyib ki, İran heç vaxt təhdidlərə və sanksiyalara boyun əyməyəcək: “İsrail Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü deyil və qeyri-qanuni nüvə silahları ilə Orta Şərq bölgəsinin təhlükəsizliyini təhdid edir. Ona görə də belə bir rejimin İranın dinc məqsədli nüvə proqramına “qırmızı xətt” çəkməsi və hökm kəsməsi mənasızdır”.
1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...