Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2014

İran daha iki AES inşa edəcək

İran ölkənin cənubunda daha iki atom-elektrik stansiyası inşa edəcək.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

Onun sözlərinə görə, İranla Rusiya nümayəndə heyətləri arasında bu mövzuda ilkin müzakirələr aparılıb: “Hazırda tərəflər arasında keçirilən görüşlərin yeni razılaşmalara heç bir aidiyyatı yoxdur. İndiki müzakirələr daha əvvəlki illərdə əldə olunmuş razılaşma çərçivəsində aparılır. Hazırda İranın cənubunda yerləşən Buşəhrdə 4 ədəd 1000 megavatlıq gücündə stansiya inşa etmək imkanı var. Bunun eyni bölgədə tikilməsi də iqtisadi cəhətdən səmərəlidir. Eyni zamanda infrastruktur, küçələrin mövcudluğu və xüsusi boruların döşənilməsi kimi məsələlər baxımından bölgənin son dərəcə yeni atom-elektrik stansiyalarının inşası üçün uyğundur”.

B.Kəmalvəndi deyib ki, İranın Rusiyada bu sahədəki əməkdaşlığı müvəffəqiyyətlidir: “Rusiya və İran arasında əməkdaşlıq nəticəsində Buşəhr AES-in inşasının gecikmələrə və təzyiqlərə baxmayaraq tamamlanması və fəaliyyətə başlaması çox mühümdür”.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:54