Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

Hələbdə məscid minaatanlardan atəşə tutulub

Hələbdə məscid minaatanlardan atəşə tutulub, 10 nəfər ölüb, 60 nəfər yaralanıb

Suriyada silahlı müxalifətin yaraqlıları minaatanlardan Hələbin yaşayış məhəllələrini atəşə tutublar.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, mərmilər Touban məscidinin yaxınlığında partlayıb, nəticədə 10 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Paytaxt Dəməşq ətrafında isə mərminin qaçqın düşərgəsinə düşməsi nəticəsində biri 4 yaşlı uşaq olmaqla 2 nəfər ölüb, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib./apa/
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:16