Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

Konstitusiya deputatların ayaqları altında...

Vətəndaşlıqla bağlı qanuna əlavə və dəyişikliklər açıq-aşkar Konstitusiyaya ziddir

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” qanuna son dəyişikliklərə dair cəmiyyəti narahat edən məsələlərdən danışıb. O, “vətəndaşlıqdan məhrumetmə” ilə “vətəndaşlığın itirilməsi” anlayışlarını bir-birilə qarışdırmamağı tövsiyə edib.

Deputat özü də etiraf edib ki, Konstitusiyanın 53.1 maddəsi heç kəsin Azərbaycan vətəndaşlığından məhrum edilməsinə imkan vermir: “Konstitusiyanın 52-ci maddəsində isə vətəndaşlığın dəqiq tərifi verilib. Azərbaycan dövlətinə mənsub, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bu tərifdə vətəndaşın dövlətlə siyasi və hüquqi bağlılığı anlayışına xüsusi diqqət yetirməyinizi xahiş edirəm. Çünki bizim də təqdim etdiyimiz qanuna edilmiş dəyişikliklərin və başqa ölkələrin də qanunlarında mövcud olan bu cür normalar məhz yuxarıda qeyd etdiyim bu anlayışa söykənir. Ona görə qanuna təklif edilmiş dəyişikliklər vətəndaşlıqdan məhrum edilmə kimi yox, vətəndaşlığın itirilməsinin əsaslarını özündə ehtiva edir. Təklif olunan dəyişiklikdə, yəni 18-ci maddənin yeni redaksiyasında da söhbət vətəndaşlığın itirilməsi əsaslarından gedir, məhrumetmədən yox”.

Müzəffər Baxışov: «Belə biabırçılıq dünyanın heç bir ölkəsində yoxdur»

Deputatın arqumentlərilə tanış olan hüquqşünas Müzəffər Baxışov isə bəyan edir ki, vətəndaşlığın itirilməsilə məhrumetmə arasında heç bir fərq yoxdur. Hüquqşünas vurğulayıb ki, qanuna edilən dəyişikliklər son dərəcə biabırçı olmaqla, heç bir hüquqi əsası yoxdur: “Bu, Konstitusiyamızın 53-cü maddəsilə ziddiyyət təşkil edir. Ona görə də belə dəyişikliklərin Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsinə görə heç bir hüquqi qüvvəsi yoxdur. Həmin dəyişikliyə görə, kiminsə kimdənsə məsuliyyət tələb etməsi, kimisə məsuliyyətə cəlb etmək tamamilə qanunsuzdur. Eyni zamanda, çox irəli gedərək, ”Azərbaycan vətəndaşlığı haqqında" qanunun 10-cu maddəsinə dəyişiklik edib, başqa dövlətin vətəndaşlığını əldə edən şəxslərin bir ay müddətində müvafiq icra hakimiyyətinə məlumat vermədiyi təqdirdə, cinayət məsuliyyətinə cəlb ediləcəyini bəyan edirlər. Azərbaycan vətəndaşlığından çıxan şəxsin icra orqanına məlumat verməməyə görə məsuliyyətə cəlb edilməsini demək kimi biabırçılıq dünyanın heç bir ölkəsində yoxdur".

Müzəffər Baxışov bəyan edir ki, qeyd edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarını kobud şəkildə pozduğu üçün həmin məlumatların normativ hüquqi aktlarla icrası heç kimdən tələb edilə bilməz./azadlıq/
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi