Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

“İraq-Şam İslam Dövləti” Suriyada 193 kürdü oğurlayıb

Oğurlanan vətəndaşların arasında 17 yaşlı yeniyetmə və 70-dən artıq yaşı olan qocalar da var

Radikal “İraq-Şam İslam Dövləti” dünən kürdlər yaşayan qəsəbədən 200-ə yaxın mülki şəxsi oğurlayıb. İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, “DAİŞ” suriyalı kürdləri Hələb əyalətinin əl-Bab şəhəri ərazisində yerləşən Qəbbasin qəsəbəsindən oğurlayıb. Oğurlanan vətəndaşların arasında 17 yaşlı yeniyetmə və 70-dən artıq yaşı olan qocalar da var.

Qeyd edək ki, “DAİŞ” qruplaşması Suriyanın şimalında və şimal-şərqində dəfələrlə mülki şəxsləri oğurlayaraq, kürdlərin xalq müdafiə bölmələrindən ərazilərin təhvil verilməsi, döyüşçülərin azad edilməsi və nağd vəsaitlərin verilməsini tələb edib.
1325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
Go to TOP