Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

Sizin Baş naziriniz 14 yaşındakı uşağa terrorist deyir

“Belə bir dövlətin başçısı olmaqdan utanmırsınızmı?”

ABŞ-da Harvard məzun törənində türkiyəlilər Gülü divara qısnayıb.

Abdullah Gül oğlu Məhmət Əmrənin məzun mərasimi üçün Harvard Universitetində qatıldığı tədbirdə şok suallarla qarşılaşıb.

Axar.az xəbər verir ki, təxminən 150 iştirakçının qarşısında Harvard Tibb Mərkəzinin mütəxəssislərindən Əmrə Altındişlə Abdullah Gül arasında reallaşan dialoq belə olub:

Altındiş: - Gəzi hadisələrinin ildönümüdür. Keçən il Nobel mükafatlı həmkarlarımla “Science” (Elm) jurnalında bir məqalə çap etdirdik. Prezidenti olduğunuz Türkiyə Respublikası dövlətinin 8 vətəndaşını öldürdüyünə, 90 nəfəri yaraladığına, 9 insanın gözünü itirməsinə səbəb olduğuna, minlərlə insanı qazla boğduğuna etiraz etdik. Lakin Türkiyədə şiddət davam edir. Gündə 3 qadın öldürülür, 4 nəfər istehsalat qəzalarında həlak olur. Roboski (Uludərə) qırğınında sizin başında olduğunuz ordu 34 adamı öldürüb. Siz belə bir dövlətin başında olmaqdan utanmırsınızmı? Əlinizdən axan qanı görmürsünüzmü? Necə utanmadan bizə burada demokratiya yalanları deyirsiniz? Gecələr necə yatırsınız? Sizin Baş naziriniz 14 yaşındakı uşağa terrorist deyir.

Gül: - İndi də sən mənə qulaq as. Heç kim sənə belə sual soruşma haqqı verməzdi.
Altındiş: - Türkiyədə döyülərdim.

Gül: - Bu hadisələr başqa ölkələrdə də olur. Gəzi parkında sağlam fikirlə başlayan hərəkata sonradan qanunsuz təşkilatlar qatıldı. Bunlar təbii ki, çox kədərlidir...

Qeyd edək ki, dövlət başçısının mühafizəçiləri mane olmağa çalışsalar da, Gül soyuqqanlılığını qoruyaraq sualların verilməsinə imkan yaradıb./axar/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber