Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

ABŞ-ın təxminən 100 vətəndaşı Suriyadakı müharibədə iştirak edir

Suriyada vətəndaş müharibəsinin başlanmasından etibarən hərbi əməliyyatlarda iştirak etmək üçün bu ölkəyə 100 ABŞ vətəndaşı yollanıb.

SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata əsasən, onlar əsasən silahlıların tərəfində döyüşərək Bəşər Əsədi devirməyə çalışırlar.

Bildirək ki, Suriyada müxtəlif hərbləşdirilmiş birləşmələrin tərkibində 3 minə yaxın Qərb ölkələrindən gəlmiş terrorçu var.

“The New York Times”ın məlumatında ABŞ və Avropa hökumət nümayəndələrinin ölkə vətəndaşlarının Suriyada illərdir, davam edən vətəndaş müharibəsi çərçivəsində keçirilən hərbi əməliyyatlarda iştirakından narahat olduqlarını ifadə etdikləri deyilir. Bu ölkə hökumətlərini ehtiyatlandıran əsas məsələ isə həmin döyüşçülərin Suriyadakı “iş"lərini bitirdikdən sonra vətənlərinə geri qayıtmaları və burada təxribat törətmələridir.

Qeyd edək ki, silahlıların tərəfində müharibə etmək istəyənlər üçün “maqnit” olan Suriyaya daha çox amerikalı və avropalı getməyə davam edir.
1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17