Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

Türkiyə İrandan gündəlik 110 min barel xam neft idxal edir

Türkiyə İrandan gündəlik 110 min barel xam neft idxal edir.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran Milli Neft Şirkətinin xarici əlaqələr şöbəsinin müdiri Seyid Möhsün Qəmsəri bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında neft müqaviləsi yenilənsə də, İrandan Türkiyəyə xam neft ixracında heç bir dəyişiklik baş verməyib: “Türkiyənin neftayırma şirkətləri ilə əldə olunmuş razılaşma çərçivəsində bu ölkəyə gündəlik 100-110 min barelə neft ixrac olunur. İran hazırda Türkiyəyə neft ixracı məsələsində İraqı geridə buraxıb və bu ilin mart ayında qonşu ölkəyə 478 min ton xam neft ixrac edib”.

Qeyd edək ki, Türkiyə mart ayında idxal etdiyi 1,2 milyon ton xam neftin 478 min tonunu İrandan, 290 min tonunu İraqdan, 176,5 min tonunu isə Nigeriyadan alıb.
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35