Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2014

Suriya prezident seçkisinə hazırlaşır

Bu il iyunun 3-də Suriyada növbəti prezident seçkisi keçiriləcək.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, seçkiyə sayılı günlərin qaldığı bir müddətdə prezidentliyə namizədlər öz təbliğat-təşviqat kampaniyalarını davam etdirirlər.

Paytaxt Dəməşq və digər şəhərlərdə hazırkı prezident Bəşər Əsəd və onun opponentlərinin plakatları ölkənin müxtəlif yerlərində nəzərə çarpır.

Qeyd edək ki, iyunun 1-də Tehranda Suriyadakı böhrandan çıxış yollarının axtarılması məqsədilə növbəti konfrans keçiriləcək. “Suriyanın dostları” adlı toplantıda Latın Amerikası, Afrika və ərəb regionundan olmaqla 30 ölkənin nümayəndəsi iştirak edəcək. Yığıncaq həmin ölkələrin parlamentlərinin xarici siyasət komissiyalarının rəhbərləri səviyyəsində həyata keçiriləcək. İran “Suriyanın dostları” konfransını bu formatda ilk dəfə 2013-cü ilin martında Tehranda keçirib.


1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
23.05.17, 07:38