Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2014

Ərdoğanın mühafizəçisi həlak oldu

Türkiyəli iş adamı Ceyhun Başaran Moldovada yol qəzasında həlak olub.

Başaran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə sədri olan zaman onun mühafizəçisi olub.

İstanbulun Sarıyer rayonunun Tarabya bölgəsində yerləşən “Hayrola Cafe” şəriklərindən biri olan iş adamı Ceyhun Başaran Moldovada keçirdiyi yol qəzası nəticəsində həlak olub.

Başaranın iş yoldaşı “Hayrola Cafe”nin işçisi Mehmet Alparslanın verdiyi məlumata görə, işlə əlaqədar Moldovada olan Ceyhun Başaran dünən qəzaya düşüb.

Ceyhun Başaran bir müddət baş nazir Ərdoğanın qorunması ilə məşgul olub. Başaranın cənazəsi sabah Türkiyəyə gətirilib dəfn ediləcək.
1392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber