Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2014

Rusiyada vəzifəli şəxslər vertolyot qəzasına düşdü: 16 ölü

Bu səhər Rusiya Federasiyasının Murmansk vilayətində göyərtəsində 18 nəfər olan Mİ-8 vertolyotu qəzaya uğrayıb. Ria Novosti vertolyotdakılardan yalnız ikisinin tapılması barədə xəbər yayıb. Hadisə yerində təşkil edilmiş Rusiya Fövqəladə Hallar Komitəsinin operativ qərargahından bildirilib ki, qalan 16 nəfərin taleyindən hələlik xəbər yoxdur.
Bildirilir ki, qəzaya uğrayan vertolyotda Murmansk vilayətinin qubernatoru Sergey Skomoroxov, "Apatit" ASC-nin baş direktoru Aleksey Qriqoryev, vilayətin ekologiya naziri Aleksey Smirnov və Kirovsk şəhərinin başçısı Andrey Zvonar olublar.
Onların balıq tutmağa gedərkən qəzaya düşdükləri bildirilir. Gölə düşən vertolyotun tapılması istiqamətində iş aparılır./lentaz/
1241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25