Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2014

Türkiyədə seçkinin nəticələri açıqlandı

Böyük vilayətlərdə nəticələr AKP üçün məyusedici olub

Türkiyədə ötən gün təkrar keçirilən bələdiyyə seçkisi başa çatdı. 2 vilayət, 7 rayon və 5 bölgədə keçirilən seçkidə 203 000 seşici iştirak edib.

İlkin qeyri rəsmi nəticələrə görə, Yalova vilayətində seçkinin qalibi Cümhuriyyət Xalq Partiyası (CHP), Ağrı vilayətində isə Sülh və Demokratiya Partiyası (BDP) olub.

Digər yerlərdə isə nəticələr belə olub.

Rayonlar:
Bayburt vilayəti Aydıntepe rayonu – Milliyyətçi Hərəkat Partiyası (MHP), Eskişehirin Mqahmudiyə rayonu – CHP, Bitlisin Güroymak rayonu – BDP, Kastamonunun Çatalzeytun rayonu – AKP, Aydının Buharkent rayonu – AKP, Çankırının Şabanözü rayonu - MHP, Tokatın Yeşilyurt rayonu – AKP namizədləri seçkinin qalibi olublar.

Bölgələr:
Bundan başqa Yozgat vilayətiSrgun rayonuna bağlı Eymir bölgəsində - AKP, Ərzincan Tercan rayonuna bağlı Çadırkaya bölgəsində - Səadət Partiyası (SP), Çorum Ortaköy rayonu Aştavul bölgəsində CHP, Niğdənin Bağlama bölgəsində MHP, Afyonkarahisarın Emirdağ rayonu Gömü bölgəsində - AKP namizədləri qeyri rəsmi nəticələrə görə, seçkinin qalibi olublar.

Xatırladaq ki, bu il martın 30-da Türkiyədə bələdiyyə seçkisi keçirilmiş, bəzi namizədlər seçkinin nəticələrinə etiraz etmişdilər. Bu səbəbdən Türkiyə Ali Seçki Şurasının (YSK) qərarı ilə ötən gün bəzi yerlərdə təkrar seçki keçirilib./ans/
1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15